Bank Of Baku

Pekin şəhərində Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası çin dilində səhnəyə qoyulub

Pekin şəhərində Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası çin dilində səhnəyə qoyulub
# 29 noyabr 2010 11:05 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Opera və Balet teatrı, Çin Milli Operasının birgə səyləri nəticəsində Pekin şəhərindəki Tiençiao Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası çin dilində səhnəyə qoyulub. Bu barədə APA-ya Azərbaycanın Çindəki səfirliyindən bildirilib. Tədbirdə Çin Milli Operasının direktoru Yü Fenq, direktor müavini Bay Yüxua, Çinin bir sıra nazirlikləri, elm, təhsil, kütləvi informasiya vasitələri və ictimaiyyət nümayəndələri, Azərbaycanın Çindəki səfiri Yaşar Əliyev, MDB ölkələri, Türkiyə, Pakistan, İran, İraq, Vyetnam, Monqolustan və Əfqanıstanın Çindəki səfirləri, Pekindəki Azərbaycanlı diaspora nümayəndələri və digər şəxslər iştirak ediblər.

Azərbaycan Opera və Balet teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyevin və əməkdar rəssam Tahir Tahirov Çinə dəvət olunub, onların səyləri nəticəsində “Arşın mal alan” operettasına sırf Azərbaycan milli rəngarəngliyi verilib, səhnə dizaynı təkmilləşdirilib. H. Quliyevin quruluşu əsasında səhnələşdirilən operetta 2 akt və 4 pərdədən ibarət olub.

Məlumatda bildirilib ki, Çin Milli Operası “Arşın mal alan” operettasını ilk dəfə 1959-cu ilin iyun ayında səhnəyə qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR