Bank Of Baku

Azərbaycanın “Miras” filmi Polşada keçirələcək beynəlxalq “Zubroffka” kinofestivalında iştirak edəcək

Azərbaycanın “Miras” filmi Polşada keçirələcək beynəlxalq “Zubroffka” kinofestivalında iştirak edəcək
# 30 noyabr 2010 09:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi dekabrın 1-dən 5-dək Polşada keçirələcək beynəlxalq “Zubroffka” kinofestivalında iştirak edəcək. Fariz Əhmədovun APA-ya verdiyi məlumata görə, əsas musabiqə bölməsində mükafat uğrunda mübarizə aparacaq filmin dekabrın 4-ü nümayış olunacağı nəzərdə tutulur. Festivalın müsabiqə bölməsində mükafatlar uğrunda 25 ölkəsinin 50-dən artıq filmi mübarizə aparacaq.
Xatirladaq ki “Miras” sənədli filmi oktyabir ayında Moskva şəhərində keçirilən 30-cu Beynəlxalq VGİK kinofestivalında "Kinomatoqarafiya sənətinə sədaqətə görə" diplomuna, Milli Maarif Kanalı tərəfindən isə rejissor işinə görə "Maarif" diplomuna, o cümlədən növbəti filmə görə qrand -pul mükafatına layiq görülüb. Qeyd edək ki, Fariz Əhmədov Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə Rusiya Dövlət Kinematoqrafiya Universitetində kinorejissorluq ixtisası üzrə, SSRİ dövlət mükafatı laureatı A.A. Proşkinin emalatxanasinda təhsil alır. Filmin ssenari müəllifi – Esmira Eyub, quruluşçu operatoru Fərid Bağırov, səs rejissoru Elşən Aslanzadə, prodüserləri isə Rəşad Qasımov və Zakir Musayevdir.
Xatirladaq ki, film 2010-cu ildə “Bir addım” film studiyasında istehsal olunub ve artıq bu ilin sonunadək bir neçə nüfuzlu kinofestivala dəvət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR