Bank Of Baku

“Yeni nəşrlər” kataloq - jurnalının “Qarabağ həqiqətləri” adlı xüsusi buraxılışının təqdimatı keçirilib

“Yeni nəşrlər” kataloq - jurnalının  “Qarabağ həqiqətləri” adlı xüsusi buraxılışının təqdimatı keçirilib
# 30 noyabr 2010 14:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) Yayım Assosiasiyası “Yeni nəşrlər” kataloq- jurnalının “Qarabağ həqiqətləri” adlı xüsusi buraxılışını oxuculara təqdim edib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən assosiasiyanın prezidenti və “Yeni nəşrlər” kataloq - jurnalın baş redaktoru Yaşar Zeynalov “Qarabağ həqiqətləri” adlı xüsusi buraxılışın Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nəşrlərin dünya ictimaiyyətinə çatdırılması” layihəsi çərçivəsində hazırlandığını bildirib. Onun sözlərinə görə, kataloq - jurnal Azərbaycan və ingilis dillərində 500 tirajla nəşr olunub və əsasən xarici ölkə səfirlikləri, diplomatik nümayəndəliklər və diaspora təşkilatları arasında paylanılacaq. Xüsusi buraxılışda 128 kitab haqqında məlumatlar toplanılıb. Həmin nəşrlərdə Qarabağ və Qarabağ probleminin tarixi, Xocalı soyqırımı, Laçın və digər rayonlarda baş verən erməni təcavüzü, Azərbaycanın dövlət qurumlarının münaqişənin həlli istiqamətindəki fəaliyyəti və erməni təcavüzü haqqında digər faktlara toxunulub. Y. Zeynalov qeyd edib ki, layihə çərçivəsində aparılan monitorinq nəticəsində Dağlıq Qarabağ münaqişəsi və erməni təcavüzü ilə bağlı 4000 yaxın kitab nəşr olunub və bundan sonra da fəaliyyətimiz dövründə mütəmadi olaraq bu nəşrlər haqqında informasiyaların oxuculara çatdırılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR