Bank Of Baku

Bakıda Türk Filmləri Festivalı keçiriləcək

Bakıda Türk Filmləri Festivalı keçiriləcək
# 01 dekabr 2010 12:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 13-ü, 14-ü və 15-də Bakı şəhərində Türk Filmləri Festivalı keçiriləcək. Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət müşavirliyindən APA-ya verilən məlumata görə, Türk Filmləri Həftəsində “Bəyaz mələk”, “İ love you”, “Vizontele Tuba”, “Gönül yarası”, “Babam və Oğlum” filmləri ilk dəfə olaraq pulsuz olaraq nümayiş olunacaq.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək Türk Filmləri Həftəsi 2010-cu il, eyni zamanda son illər Türk filmlərinin ən önəmli və çoxsaylı mükafat qazanmış filmləri bir araya gətirəcək. 13 dekabrda açılışı keçiriləcək film həftəsi tanınmış rejissor və aktyor Mahsun Kırmızıgülün “Bəyaz mələk” nümayişi ilə başlayacaq. “AYS YAPIM”ın təşkialtçılığı ilə baş tutacaq Türk Filmləri Həftəsi üç gün boyunca Azərbaycan filmsevərləri Türk filmləri ilə bir araya gətirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR