Bank Of Baku

Bakıda Şopenin yubileyinə həsr olunmuş konsert olacaq

Bakıda Şopenin yubileyinə həsr olunmuş konsert olacaq
# 02 dekabr 2010 12:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanlı pianoçu Elnarə Kəbirlinskaya dahi Polşa bəstəkarı Frederik Şopenin anadan olmasının 200 illiyinə həsr olunmuş konsertlə çıxış edəcək. Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konsertdə, həmçinin tanınmış vokalçı, əməkdar artisti Gülnaz İsmayılova, beynəlxalq müsabiqə laureatı Ceyla Seyidova (violino) da çıxış edəcək.
Konsertin dekabrın 9-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda keçirilməsi nəzərdə tutulur. Elnarə Kəbirlinskaya pianoçu-virtuozların İsveçrədə keçirilən müsabiqəsinin I mükafatının sahibi, Bakı Musiqi Akademiyasının dosentidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR