Bank Of Baku

Tahir Salahova həsr olunmuş filmin təqdimatı keçiriləcək

Tahir Salahova həsr olunmuş filmin təqdimatı keçiriləcək
# 03 dekabr 2010 07:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 9-da Beynəlxalq Muğam Mərkəzində “Qəlbin rəngləri” sənədli filminin təqdimatı təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, film “Yaddaş” sənədli filmlər studiyasında çəkilib. Məşhur rəssam Tahir Salahovun həyat və yaradıcılığına həsr olunmuş filmin ssenari müəllifi Toğrul Cuvarlı, rejissoru Ziya Şıxlinski, operatoru Adil Abbasovdur.

Dekabrın 10-da isə Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Sınaqfilm” studiyasında rejissor Çingiz Rəsulzadə tərəfindən çəkilmiş “Kuklalar” bədii filminin təqdimatı keçiriləcək. Filmdəki hadisələr 1980-ci illərin sonunda Bakıda dövr edir. Filmin quruluşçu rejissor Çingiz Rəsulzadə, ssenari müəllifləri Çingiz Rəsulzadə və Ramiz Fətəliyevdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR