Bank Of Baku

“Bakı gecələri – 2010” Estrada Mahnı Festivalına “online” səsverməsinə start verilib

“Bakı gecələri – 2010” Estrada Mahnı Festivalına “online” səsverməsinə start verilib
# 03 dekabr 2010 13:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Bakı gecələri – 2010” Estrada Mahnı Festivalının “online” səsverməsinə start verilib. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Bakı Gecələri” Estrada Mahnı Festivalında əsərlərin təkcə ifaçıları deyil, bütün yaradıcıları qiymətləndirilir. Bununla belə, hər bir bəstəkar yaradıcı əsərin kim tərəfindən ifa olunacağını özü müəyyən edir və festivala təqdim edir. İştirak etmək üçün “Bakı gecələri - 2010” Estrada Mahnı Festivalının Təşkilat Komitəsinə 100-ə yaxın mahnı təqdim olunub. 3 konsert proqramından ibarət seçim turunda Təşkilat Komitəsi tərəfindən seçilən 80 mahnı müğənnilərin ifasında təqdim olunub və professional münsiflər heyəti tərəfindən bəstələnmiş mahnıların sözlərinə, aranjemana, ifa tərzinə görə qiymətləndirilib. Birinci konsert tamaşaçılara və münsiflər heyətinə sentyabrın 13-də, ikinci konsert oktyabrın 11-də, üçüncü konsert isə noyabrın 15-də təqdim olunub. İlkin üç mərhələdə yüksək bal toplamış 20 əsər finala – dekabr 23-də Heydər Əliyev Sarayında keçiriləcək qala konsertə vəsiqə qazanıblar. Finalda səslənən mahnılar qran-pri və 4 nominasiya üzrə mükafatlar uğrunda mübarizə aparacaqlar. Qala-konsertdə iştirak edən müğənnilər “Bakı Gecələri Estrada Mahnı Festivalının Laureatı” adına layiq görüləcəklər. Bu il “Bakı gecələri - 2010” Estrada Mahnı Festivalının qalibini tamaşaçılar www.baku-art.az saytında “online” səsvermədə iştirak etməklə müəyyən edə bilərlər. Səsvermə dekabrın 22-dək davam edəcək

Qeyd edək ki, “Bakı Gecələri” estrada Mahnı Festivalı 2008-ci ildən keçirilməyə başlayıb və bu il üçüncü dəfədir ki, həyata keçirilir. Festivalın əsas məqsədi Azərbaycanda estrada janrında mahnı bəstələyən yaradıcı insanların əməyini qiymətləndirmək və peşəkarlıq səviyyəsini inkişaf etdirməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR