Bank Of Baku

“Eurovision-2011” müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyənləşməsi üçün keçirilən seçimlərin üçüncü həftəsinin qalibi Günay İbrahimli olub - FOTOSESSİYA

“Eurovision-2011” müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyənləşməsi üçün keçirilən seçimlərin üçüncü həftəsinin qalibi Günay İbrahimli olub - <font color=red>FOTOSESSİYA</font>
# 03 dekabr 2010 20:43 (UTC +04:00)
Ancaq Azərbaycanda keçirilən milli seçimlərdə iştirak etmək üçün Şotlandiyadan Bakıya gəlmiş əcnəbi müğənni Nikola Barklayin də finalda iştirak etməsi təklifi irəli sürülüb. APA-nın məlumatına görə, bu təkliflə gecənin aparıcılığını həyata keçirən Hüsniyyə Məhərrəmli gizli saxlanılan münsiflər heyəti qarşısında çıxış edib və bu müraciətin nəticəsinin gələn həftənin bazar ertəsi, yəni yarımfinal mərhələsinin dördüncü həftəsinin ilk günü açıqlanacağını deyib. H.Məhərrəmli deyib ki, münsiflər heyəti bu həftənin seçimlərində çox tərəddüd edib və çətinlik çəkiblər. Onlar hər iki xanım iştirakçının final mərhələsinə keçməsini arzulasalar da, bu milli seçimlərlə bağlı qoyulan qayda-qanuna zidd olduğundan bu addımı atmayıblar. Ancaq o da istisna olunmur ki, irəli sürülən təklifdən sonra Nikola Barklay münsiflər heyətinin qərarı ilə finalda çıxış etmək imkanı qazanacaq.

APA-nın məlumatına görə, üçüncü həftənin qalibi də ənənəvi olaraq 50% münsiflər heyətinin, 50% isə tamaşaçı səsverməsinə görə seçilib. Milli seçimlərin ikinci yarımfinal həftəsində 2-ci yerdə şotlandiyalı müğənni Nikola Barklay, 3-cü yerdə Xəyyam Nisanov, 4-cü yerdə Orxan Ağayev, 5-ci yerdə Kənan Qədimov, 6-cı yerdə Sevinc Ağaşirinova, 7-ci yerdə Rinat Alimov, 8-ci yerdə Dilşən İbadova, 9-cu yerdə Nigar Babayeva, 10-cu yerdə Fərid Məmmədov, 11-ci yerdə isə Nazir Ağayev qərarlaşıb. Üçüncü həftənin son günü qonaq qismində elə bu günlərdə Vətənə gələn “Eurovision-2010” müsabiqəsində Azərbaycana beşincilik qazandıran Səfurə Əlizadə də iştirak edib. Müsabiqə iştirakçısı səsvermənin nəticələri açıqlanmamışdan əvvəl tamaşaçılar qarşısında yeni lentə aldırdığı “Sarı gəlin” xalq mahnısını, eyni zamanda Oslo səhnəsində ifa etdiyi “Drip drop” mahnısını ifa edib. Səfurə Əlizadə bu həftəki iştirakçılardan Orxan Ağayevi dəstəklədiyini açıqlayıb.

G.İbrahimli tamaşaçı və münsiflər heyətindən ən çox səs toplayaraq Azərbaycanı mötəbər “Eurovision” yarışmasında təmsil etməyə bir addım da yaxınlaşıb.

Qeyd edək ki, yarımfinal mərhələsi bundan sonra 4 həftə də davam edəcək. Hər həftə 11 namizəd öz istedadlarını nümayiş etdirəcək və səsvermə yolu ilə 11-dən 1-i finala keçəcək. Azərbaycanın “Eurovision-2011” müsabiqəsindəki təmsilçisi həmin o, 7 nəfər arasından seçiləcək. Anacq Nikola Barklay münsiflər heyətinin qərarına əsasən finalda çıxış etmək şansı qazansa, o zaman Azərbaycanın “Eurovision-2011” təmsilçisi 8 iştirakçı arasından seçiləcək. Çingiz Mustafayev, Nuran Növrəsli və Günay İbrahimli artıq finala vəsiqə qazanan ifaçılardandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR