Bank Of Baku

Gürcüstan paytaxtında 11-ci Beynəlxalq Film Festivalı keçirilir

Gürcüstan paytaxtında 11-ci Beynəlxalq Film Festivalı keçirilir
# 06 dekabr 2010 07:28 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanın paytaxtı Tiflisdə 11-ci Beynəlxalq Film Festivalı başlayır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, festival gürcü rejissoru Otar Çelidzenin "Şantrapa" ("Yaramaz") filmi ilə açılacaq. Festival çərçivəsində 19 ölkənin 100-dən çox kino filmləri nümayiş etdiriləcək. Tədbirdə yüzə qədər xarici rejissorlar, kino xadimləri, prodüserlər, aktyorlar, kinoşünaslar, festival menecerləri və jurnalistlər iştirak edəcək. Festivalda iştirak edən kino xadimlərinin gənc kinematoqrafçılar üçün master-klass aparacaqları da nəzərdə tutulub. Festival boyunca filmlər Tiflisin "Rustaveli" və "Amirani" kinoteatrlarında nümayiş olunacaq.
Festival təşkilatçılarının məlumatına görə, tədbirin münsiflər heyətində məşhur Serbiya kinorejissoru Jelimir Jilnik, məşhur İran rejissoru Xana Maxmalbaf, Britaniya aktrisası Mariya d`Abo, gürcü rejissoru Nana Corcadze və rus rejissoru Yelena Xazanova təmsil olunur. Filmlər iki nominasiyada - "Qızıl Prometey" və "Gümüş Prometey" - qiymətləndirəcək. Nominasiyaları gürcü heykəltəraşı Tamara Kvesitadze hazırlayıb. Nominasiyadan başqa, münsiflər heyəti bir film üçün Beynəlxalq İncəsənət və Mədəniyyət Fondunun təsis etdiyi Paracanov adına priz də təyin edib.
Daha bir film isə Avropa İttifaqının müşahidəçilər missiyası tərəfindən təsis edilən “İnsan hüququ və dünya” adlı xüsusi priz ilə mükafatlandırılacaq.

Məlumata görə, Tiflisdə keçiriləcək Beynəlxalq Film Festivalının müsabiqə proqramına Azərbaycanda istehsal olunan və "Oskar" mükafatına namizəd göstərilən "Sahə" adlı film də daxil edilib. Müsabiqədə həmçinin Polşa, Böyük Britaniya, Ukrayna, Gürcüstan, Almaniya, Rusiya, İspaniya və Serbiya rejissorları tərəfindən çəkilən filmlər nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR