Bank Of Baku

Avropa Azərbaycan Cəmiyyətinin Berlin ofisi Azərbaycan mədəniyyətinin tanıdılması məqsədilə caz konserti təşkil edib

Avropa Azərbaycan Cəmiyyətinin Berlin ofisi Azərbaycan mədəniyyətinin tanıdılması məqsədilə caz konserti təşkil edib
# 06 dekabr 2010 08:23 (UTC +04:00)
Bakı – APA. Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Berlin ofisi Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması məqsədilə caz konserti təşkil edib. Cəmiyyətdən APA-ya verilən məlumata görə, Berlində keçirilən konsertdə pianoçu İsfar Sarabskinin ifası dinlənilib.

120-dən çox tamaşaçı arasında Alman Sənaye Federasiyasının keçmiş prezidenti Hans-Olaf Henkel, Xristian-Demokrat və Xristian Sosialist İttifaqının xarici siyasət üzrə keçmiş nümayəndəsi, Almaniya Gənclər İttifaqının sədri Filip Misfelder, Bundestaq üzvləri, diplomatlar, biznes və media nümayəndələri də olub.

2009-cu il Montro Caz Piano Müsabiqəsinin qalibi İsfar Sarabski eklektik repertuarından nümunələr, o cümlədən Hersoq Ellinqton Orkestrinin ifası ilə məşhurlaşan Xuan Tizolun “Karvan”ını öz aranjemanında, Azərbaycan caz muğam musiqisinin banisi Vaqif Mustafazadənin “Mart” əsərini və Çaykovskinin “Qu gölü” baletinin aranjemanını ifa edib.

Tamaşaçılar gənc pianoçunun virtuoz ifasını maraqla dinləyiblər. Konsert Jazz Radio tərəfindən təqdim olunub.

AAC-ın fəaliyyəti barədə daha ətraflı informasiyanı www.teas.eu saytında əldə edə bilərsiniz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR