Bank Of Baku

Tomas Nevegreen dekabrın 31-də Bakıda konsert verəcək – FOTO

Tomas Nevegreen dekabrın 31-də Bakıda konsert verəcək – <font color=red>FOTO </font>
# 06 dekabr 2010 10:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Tanınmış müğənni və 2010-cu ildə Danimarkanı “Eurovision-2010” müsabiqəsində təmsil edən Tomas Nevegreen Yeni il bayramını Azərbaycanda qeyd edəcək. Belə ki, müğənni 31 dekabr - Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı günü Bakıda konsert proqramı ilə çıxış edəcək. Konsertin təşkilatçılığını həyata keçirən “Tonica Production”dan APA-ya verilən məlumata görə, artıq konsertlə bağlı müqavilə imzalanıb və danışıqlar aparılıb. Tomas Nevegreen dekabrın 31-də “Buta Palace” səhnəsində Azərbaycandakı pərəstişkarları ilə birgə 2011-ci ili qarşılayacaq. Həmin gün sevilən hitlərin ifaçısı olan Tomas Nevegreenlə birgə bir neçə musiqiçinin və dj-in çıxış edəcəyi gözlənilir. Biletləri 200 manata satışa çıxarılan bayram konsertin səhər saatlarına kimi davam edəcəyi nəzərdə tutulur.

Xatırladaq ki, bu, müğənninin Azərbaycan səhnəsində ilk konserti deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR