Bank Of Baku

Azərbaycanlı rəssamlar qızıl medala layiq görülüblər

Azərbaycanlı rəssamlar qızıl medala layiq görülüblər
# 06 dekabr 2010 15:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Özbəkistanın Daşkənd şəhərində “Nəsillərin harmonik inkişafı” dövlət proqramı çərçivəsində "Daşkəndin sevinci" adlı Beynəlxalq Uşaq Festivalı keçirilib. APA-nın məlumatına görə, layihənin keçilməsində məqsəd istedadlı gənclərin digər ölkələrdə yaşayan həmyaşıdları ilə əlaqələrin qurulmasına şərait yaratmaq, müxtəlif mədəniyyətlərin əlaqələrini inkişaf etdirməkdir.

Dünyanın 41 ölkəsindən 5 yaşdan 15 yaşa qədər rəssamın qatıldığı festivala 3,5 min şəkil təqdim olunub. Azərbaycan müsabiqəyə 100-dən çox əsər təqdim edib. Azərbaycanlı rəssamlar - on üç yaşlı A. Abbasov "Qədim daşlar" və on iki yaşlı T. Rasimov "Mənim vətənim" adlı əsərlərinə görə qızıl medala layiq görülüblər. Müsabiqənin Qran-piri mükafatına isə yaponiyalı Arai Hiromi "Özbəkistan üzərindən uçuş" adlı əsərinə görə layiq görülüb.

Qeyd edək ki, festivalın nəticəsi olaraq qaliblərin işlərindən ibarət kataloq çap olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR