Bank Of Baku

Rəssamlıq Akademiyasında “Amerika arzularında” adlı müsabiqənin qalibləri elan olunub- FOTO

Rəssamlıq Akademiyasında “Amerika arzularında” adlı müsabiqənin qalibləri elan olunub- <font color=red>FOTO</font>
# 07 dekabr 2010 11:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Amerika arzularında” adlı müsabiqənin qalibləri elan olunub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən akademiyanın rektoru Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan ikinci rəsm müsabiqəsində 52 azərbaycanlı tələbə rəssamın iştirak etdiyini deyib: “Bu incəsənət əsərləri hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qalereyasındakı sərgidə nümayiş olunur. Bu, Amerika Səfirliyi tərəfindən maliyyələşdirilən ikinci rəsm müsabiqəsi və sərgisidir. Ümid edirik ki, bu, uzun müddətli ənənəyə çevriləcək. Bu sərginin məqsədi ABŞ-la Azərbaycan arasında anlayışı dərinləşdirməkdir”.
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Davidson, bu növ layihələrin azərbaycanlılara və amerikalılara bir-birlərini daha yaxşı tanımaq imkanı verəcəyinə ümid etdiyini deyib: “Akademiyanın tələbələri tərəfindən tərtib olunan rəsm əsərləri və heykəltəraşlıq işləri böyük istedad və ABŞ-a olan marağı nümayiş etdirir. Biz, akademiya ilə, xüsusi ilə də tələbə rəssamlarla tərəfdaş olmaqdan şərəf duyur. Bəxtim gətirib ki, Azərbaycanda yaşayır və işləyirəm. Lakin bilirəm ki, bu əsərlərin müəllifləri olan gənc rəssamların əksəriyyəti heç zaman ABŞ-da olmayıblar – siz, Amerikanı uzaqdan – media və mədəniyyət obyektivlərindən görürsünüz. Amerika təcrübəsinin incəliklərini bu qədər yaxşı görməyiniz və təqdim etməyiniz təqdirəlayiq haldır”.

Daha sonra Terri Davidson və Ömər Eldarov müsabiqənin I, II və III yer qaliblərinin adlarını açıqlayıblar. Müsabiqədə iştirak edən bir neçə tələbə rəssama isə həvəsləndirici mükafatlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR