Bank Of Baku

Azərbaycanın “Miras” sənədli filmi Polşada keçirilən beynəlxalq kinofestivalda ikincilik qazanıb - FOTO

Azərbaycanın “Miras” sənədli filmi Polşada keçirilən beynəlxalq kinofestivalda ikincilik qazanıb - <font color=red>FOTO</font>
# 07 dekabr 2010 13:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanlı rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi Polşada keçirilən Beynəlxalq Zubroffka kinofestivalının ikinci yerin diplomuna və pul mükafatına layiq görülüb. Bu barədə APA-ya filmin rejissoru Fariz Əhmədov bildirib. 5 bölmədə keçirilən festivalda “Miras” filmi, “Şərqə pəncərə” (“Okna na vostok” ) bölməsində Azərbaycanı təmsil edib. Festivalın bu ilki Proqramında mükafatlar uğrunda 25-dən artıq ölkənin 67 filmi mübarizə aparıb.
Xatırladaq ki, “Miras” sənədli filmi Moskva şəhərində keçirilən 30-cu Beynəlxalq VGİK kinofestivalında "Kinematoqrafiya sənətinə sədaqətə görə" diplomuna layiq görülüb.
Filmin ssenari müəllifi – Esmira Eyyub, quruluşçu operatoru – Fərid Bağırov, montajçısı – Firudin İsmayılov, səs rejissoru – Elşən Aslanzadə, prodüserləri isə Rəşad Qasımov və Zakir Musayevdir. Xatırladaq ki, film 2010-cu ildə “Bir addım” film studiyasında istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR