Bank Of Baku

Jerar Departye gələn həftə Azərbaycana gələcək - FOTO

Jerar Departye gələn həftə Azərbaycana gələcək - <font color=red>FOTO </font>
# 07 dekabr 2010 14:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Fransanın tanınmış aktyoru Jerar Departye gələn həftə Bakının qonağı olacaq. Aktyor dekabrın 13-də Bakı səhnəsində çıxış edəcək. Onun çıxışı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutacaq. Teatrdan APA-ya verilən məlumata görə, aktyor həmin gün IV Beynəlxalq Rostropoviç Festivalı çərçivəsində teatr səhnəsində nümayiş olunacaq J. Bizenin “Karmen” operasından əvvəl səhnəyə çıxacaq. O, Azərbaycan səhnəsində Prosper Merimenin “Karmen” novellasından parçalara ifa edəcək. Həmin gün “Karmen” operası Qalina Vişnevskayanın opera mərkəzi solistlərinin iştirakı ilə keçiriləcək. Tanınmış rusiyalı vokalçılar, beynəlxalq müsabiqələrin qalibləri Alina Şakirova (Karmen), Oleq Dolqov (Xoze), Anastasiya Privoznovaya (Mikaella) ilə yanaşı, tamaşada həmçinin Rusiya Dövlət Akademik Böyük Teatrının solisti - Elçin Əzizov da (Eskamilio) çıxış edəcək. Opera tamaşasını tanınmış rusiyalı dirijor Yaroslav Tkalenko idarə edəcək. Tamaşanın quruluşçu rejissoru İvan Popovskidir.
Xatırladaq ki, bir müddət əvvəl ermənilər tərəfindən işğal altında olan Dağlıq Qarabağa dəvət olunan fransız aktyoru Jerar Departye bu dəvəti qəbul etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR