Bank Of Baku

Stokholmda Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr olunmuş sərgi açılacaq

Stokholmda Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr olunmuş sərgi açılacaq
# 07 dekabr 2010 14:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Stokholmda ənənəvi Nobel mükafatının təqdimetmə mərasimi ərəfəsində Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr olunmuş foto-sənədli, bədii və rəqəmsal sərginin açılışı olacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərginin açılışı dekabrın 8-də baş tutacaq. Sərgidə Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətini əks etdirən foto-sənədlər bədii və rəqəmsal şəkildə nümayiş etdiriləcək.
Təşkilati dəstək Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, “Statoil-Abşeron” və Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir. Sərginin Nobellərin vətəni Stokholmda nümayişi Nobellər Ailəsi Cəmiyyəti ilə “Expo Org” şirkətinin təşəbbüsü ilə həyata keçiriləcək. Layihənin müəllifləri Azadə Hüseynova, Naidə Abbasova və Əminə Məlikovadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR