Bank Of Baku

Musiqili Komediya Teatrı əsaslı təmir dövründə fəaliyyətini Dənizçilər Evində davam etdirəcək

Musiqili Komediya Teatrı əsaslı təmir dövründə fəaliyyətini Dənizçilər Evində davam etdirəcək
# 08 dekabr 2010 10:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında əsaslı təmir işlərinə başlanılıb. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təmir dövründə teatrın kollektivi fəaliyyətini Dənizçilər Evində davam etdirəcək. Artıq teatrın avadanlıqları, geyimləri və dekorasiyaları başqa yerə köçürülüb. Bir ilə nəzərdə tutulan əsaslı təmir zamanı teatrın tamaşaları məhz Dənizçilər Evində nümayiş olunacaq. Elə yeni tamaşaların hazırlanması mərhələsi də bu məkanda olacaq. Artıq teatrda əsaslı təmir işlərinə start verilib. Ancaq teatr səhnəsində bu ay üçün nəzərdə tutulan tamaşalar göstəriləcək.

Qeyd edək ki, bir müddət əvvəl prezident İlham Əliyev Azərbaycan Dövlət Musiqili Komediya Teatrının əsaslı təmir olunmasına dair sərəncam imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR