Bank Of Baku

Mənsum İbrahimov bu ay ilin sonuncu Məcnun rolunu oynayacaq

Mənsum İbrahimov bu ay ilin sonuncu Məcnun rolunu oynayacaq
# 08 dekabr 2010 12:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimov bu ilin son “Leyli və Məcnun” tamaşasını oynayacaq. Bu barədə APA-ya məlumat verən xanəndə bildirib ki, tamaşanın dekabrın 10-da nümayiş olunması nəzərdə tutulur. M. İbrahimov deyib ki, bu, onun 2010-cu ildə oynayacağı son Məcnun obrazı olacaq. Həmin gün Leyli obrazında səhnəyə xalq artisti Aygün Bayramova çıxacaq.

Onu da qeyd edək ki, Mənsum İbrahimov dekabrın 10-da teatrın səhnəsində 114-cü dəfə “Leyli və Məcnun” tamaşasında çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR