Bank Of Baku

Milli Teatr Festivalının bağlanış mərasimi keçirilib - FOTO

Milli Teatr Festivalının bağlanış mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 08 dekabr 2010 16:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Aktyor Evində Milli Teatr Festivalının bağlanış mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, prezident tərəfindən imzalanmış “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının müəyyən bəndlərinin həyata keçirilməsini təmin etmək məqsədilə bu ilin fevral ayından başlayaraq Bakıda Milli Teatr Festivalı keçirilib. Festivalda respublikada fəaliyyət göstərən 27 teatr iştirak edib, tamaşalar respublikanın müxtəlif teatrlarının səhnəsində oynanılıb.

Mədəniyyət sahəsində həyata keçirilən işlər barədə danışan nazir müavini teatrlarda aparılan təmir işləri barədə də məlumat verib. O qeyd edib ki, Kukla, Rus Dram, Gənc Tamaşaçılar və Akademik Milli Dram teatrlarının binaları əsaslı təmir olunub, Mingəçevir Teatrında son təmir işləri aparılır. Sumqayıt, İrəvan teatrları bina ilə təmin olunub. Opera və Balet Teatrında aparılacaq təmir-bərpa işləri ilə əlaqədar layihə-smeta sənədləri hazırlanır.

Ədalət Vəliyev onu da vurğulayıb ki, bir il ərzində dövlət sifarişi ilə 27 teatrda 68 tamaşa qoyulub. İlin sonuna qədər bu rəqəm 75-ə çatacaq: “Güman edirik ki, gələn il 100 tamaşa səhnəyə qoyulacaq. Düzdür, bu tamaşaların heç də hamısı uğurlu deyil. Amma unutmayaq ki, dünyanın ən inkişaf etmiş ölkələrinin teatrlarında da qoyulan tamaşaların hamısı uğurlu olmur”.

Mərasimdən sonra Akademik Milli Dram Teatrında səhnələşdirilən M.F.Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşası nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR