Bank Of Baku

“Tütün çəkmənin zərərləri karikaturaçı rəssamların gözü ilə” adlı müsabiqəyə yekun vurulub

“Tütün çəkmənin zərərləri karikaturaçı rəssamların gözü ilə” adlı müsabiqəyə yekun vurulub
# 09 dekabr 2010 08:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin Səhiyyə Kommunikasiyası Assosiasiyası və Fransanın Azərbaycandakı səfirliyi ilə birlikdə təşkil etdiyi “Tütün çəkmənin zərərləri – karikaturaçı rəssamların gözü ilə” adlı karikatura müsabiqəsinə yekun vurulub. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyindən APA-ya verilən məlumata görə, karikatura müsabiqəsinə 60-a yaxın rəssam qatılıb.

Müsabiqənin yekun sərgisi və qaliblərin mükafatlandırılma mərasimi dekabrın 10-da Fransa Mədəniyyət Mərkəzində keçiriləcək. Münsiflər heyətinin qərarına əsasən müsabiqədə I yerə tanınmış karikatura ustası Vəfa Allahyarova, II və III yerlərə və müsabiqənin xüsusi mükafatlarına isə əsasən gənc rəssamlar layiq görülüblər.

Müsabiqəyə Türkiyə, İran, Rusiya və Niderlanddan da rəssamlar qatılıb. Türkiyəli rəssam İsmayıl Kar müsabiqənin həvəsləndirici mükafatını qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR