Bank Of Baku

Heydər Əliyev Sarayında keçirilən konsertləri “online” sistemdə canlı izləmək mümkün olacaq – FOTO

Heydər Əliyev Sarayında keçirilən konsertləri “online” sistemdə canlı izləmək mümkün olacaq  – <font color=red>FOTO</font>
# 09 dekabr 2010 09:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 14-də fəaliyyətinin 38 illiyini qeyd edəcək Heydər Əliyev Sarayının yeni internet saytı hazırlanır. Heydər Əliyev Sarayının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, internet saytı bu dəfə tamamilə yeni bir formada istifadəyə veriləcək. Bundan sonra Heydər Əliyev Sarayının səhnəsində göstəriləcək konsertləri internet istifadəçiləri www.ha-saray. az rəsmi internet portalı vasitəsi ilə canlı olaraq izləmək imkanı qazanacaqlar. Dekabrın sonu, yanvarın əvvəlindən etibarən saray rəhbərliyi bu formanı test rejimində sınayacaq və daha sonra mütəmadi olaraq, bunu həyata keçirəcəyinə qərar verəcək.
İlk olaraq online sistemlə yayımlanacaq konsert isə dekabrın 28-də Heydər Əliyev Sarayında keçiriləcək “Gəncləşən muğam-2” layihəsi olacaq. Sarayın təşəbbüsü ilə keçiriləcək bütün konsertlər bütöv olaraq, digər konsertlər isə 10 dəqiqəyə yaxın paylanacaq. Məlumata görə, yeniləşmənin aparılması səbəbindən portal dekabrın 1-dən fəaliyyətini dayandırıb.

Heydər Əliyev Sarayı facebook sosial şəbəkəsində də öz ünvanını yaradıb. Həmin ünvanda sarayla bağlı son məlumatlar, eləcə də afişalar və mədəniyyət xəbərləri toplanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR