Bank Of Baku

Bakıda «Yaponiya Kino Günləri»nə start verilib

Bakıda «Yaponiya Kino Günləri»nə start verilib
# 09 dekabr 2010 15:37 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Bu gün Bakıda «Yaponiya Kino Günləri»nə start verilib. APA-nın məlumatına görə, kino günləri dekabrın 11-nə kimi davam edəcək. Açılış mərasimində iştirak edən Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe deyib ki, səfirlik Azərbaycanda Yaponiya filmlərinə böyük marağın olduğunu nəzərə alaraq, kino günləri keçirmək təşəbbüsü ilə çıxış edib. Azərbaycan Kinematoqrafçılar İttifaqı ideyanı dəstəkləyib. Səfir bildirib ki, nümayiş olunacaq filmlər son zamanlar çəkilib. Filmlər əsasən Yaponiya gənclərinin həyat tərzini, düşüncə və davranışlarını özündə əks etdirir.

Bütün filmlər yapon dilində səslənəcək, rus dilində subtitrlərlə Kinematoqrafçılar İttifaqının kino zalında nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR