Bank Of Baku

Olqa Rostropoviç: “IV Beynəlxalq Rostropoviç Festivalı öncəki festivalların zirvəsi sayılır”

Olqa Rostropoviç: “IV Beynəlxalq Rostropoviç Festivalı öncəki festivalların zirvəsi sayılır”
# 10 dekabr 2010 10:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 12-dən 19-a kimi Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda IV Beynəlxalq Rostropoviç Festivalı keçirilməsi nəzərdə tutulub. APA-nın məlumatına görə, festivalla əlaqədar bu gün Leopold və Mstislav Rostopoviçlərin ev muzeyində Mstislav Rostropoviç Fondunun rəhbəri, maestronun qızı Olqa Rostrapoviç mətbuat konfransı keçirib. Tədbirdə Olqa Rostropoviç Bakıya səfəri zamanı özünü xoşbəxt hiss etdiyini dilə gətirib. O, Bakını doğma şəhər adlandırıb və şəhər əhlinin qonaqpərvərliyi, istiqanlılığının onu sevindirdiyini deyib. Olqa Rostropoviç çıxışında qeyd edib ki, əvvəlki festivallardan fərqli olaraq, bu il beynəlxalq layihə daha geniş miqyasda baş tutacaq: “IV Beynəlxalq Rostropoviç Festivalı öncəki festivalların pik zirvəsi sayılır. Çünki builki festivala dünyanın ən məşhur musiqiçiləri də qatılacaq. Bunların arasında dünya şöhrətli dirijor Zubin Meta da var. Məşhur fransız aktyoru Jerar Depardye isə “Karmen” operasının nümayişindən öncə Bakı səhnəsinə çıxacaq”.
O. Rostropoviç bildirib ki, festivalın açılış; dekabrın 12-də Heydər Əliyevin xatirə günündə olacaq: “Açılışı həmin gün etməklə bu iki şəxsiyyətin xatirəsini birlikdə yad etmək istəyirik. Festival qeyri-adi şəkildə açılacaq və həmin gün Gənclər Orkestri çıxış edəcək. Belə bir orkestrin yaradılması atamın istəyi olub. Amma orkestr onun vəfatından sonra yaradılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR