Bank Of Baku

Heydər Əliyev Sarayında anım mərasimi keçirilib – FOTO

Heydər Əliyev Sarayında anım mərasimi keçirilib – <font color=red>FOTO </font>
# 10 dekabr 2010 14:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Heydər Əliyev Sarayında Heydər Əliyevin büstünün qarşısında anım mərasimi keçirilib. APA-nın mnəlumatına görə, tədbirdə çıxış edən Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi xalqımızın yaddaşına əbədi həkk olunduğunu vurğulayıb: “Xalqımızın böyük oğlu, müstəqil Azərbaycanımızın qurucusu, dünya şöhrətli şəxsiyyət, Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi bütün xalqımız kimi, Heydər Əliyev Sarayının kollektivinin də qəlbində daim yaşayır və həmişə böyük sayğı ilə yad olunur. Dünya miqyasında müstəqil Azərbaycandan danışanda həmişə onun qurucusu Heydər Əliyevin adı da çəkilir, uca tutulur. Heydər Əliyevin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq”. Saray rəhbəri qeyd edib ki, Heydər Əliyevin milli mənəviyyatımızın, mədəniyyətimizin qorunması və inkişafı üçün gördüyü işləri yüksək qiymətləndirərək, tədbir iştirakçılarınada, həmişə bu dahi İnsandan nümunə götürməyi, onun ölməz ideyalarını, arzu və əməllərini yaşatmağı tövsiyə edib: “Heydər Əliyevin qoyduğu siyasi xətt bu gün prezident İlham Əliyev tərəfindən ugurla davam etdirilir. Azərbaycan daha da inkşaf edən və dünya dövlətləri arasında layiqli yerini tutan bir ölkəyə çevrilib”.
Sonda anım tədbirində çıxış edənlər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR