Bank Of Baku

Bakıda Avropa Film Festivalının açılışı keçirilib

Bakıda Avropa Film Festivalının açılışı keçirilib
# 10 dekabr 2010 16:45 (UTC +04:00)
APA məlumatına görə, jurnalistlərə açıqlama verən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bildirib ki, festival çərçivəsində ən müxtəlif janrları əhatə edən, müxtəlif ölkələrin kinostudiyalarında istehsal olunmuş filmlərin nümayişi nəzərdə tutulur: “Ümidvaram ki, nümayiş etdirilən filmlər Azərbaycan tamaşaçısının zövqünü oxşayacaq”.

Festival dekabrın 16-dək davam edəcək və proqram çərçivəsində Azərbaycanda təmsil olunan 14 Avropa İttifaqı ölkələrindən olan filmlər (Belçika, Bolqarıstan, Çex Respublikası, Almaniya, Yunanıstan, Fransa. İtaliya, Litva, Macarıstan, Hollandiya, Avstriya, Polşa, Rumıniya və Böyük Britaniya) nümayiş etdiriləcək.

Filmlər Avropada müxtəlif ictimai təbəqələri narahat edən miqrasiya, işsizlik, bürokratiya, yaşlaşmaq kimi məsələlərdən başlayaraq qlobal istiləşməyədək olan ictimai və qlobal mövzulara toxunur.

Festival Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi birgə keçirilir.

Festival Belçika istehsalı olan “Hop” filminin nümayişi ilə başlayacaq. Belçika və beynəlxalq səviyyədə bir sıra mükafatlar qazanan “Hop” filmi festivalı açmaq şərəfinə layiq görülür, bu, həm də ölkənin Avropa İttifaqına sədrlik etməsi ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR