Bank Of Baku

Beynəlxalq Muğam Mərkəzində “Kuklalar” filminin təqdimatı keçirilib

Beynəlxalq Muğam Mərkəzində “Kuklalar” filminin təqdimatı keçirilib
# 11 dekabr 2010 10:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Sınaqfilm” studiyasında rejissor Çingiz Rəsulzadə tərəfindən çəkilmiş “Kuklalar” bədii filminin təqdimatı keçiriib. APA-nın məlumatına görə, filmdə 80-ci illərin sonu əks olunur. Filmin quruluşçu rejissoru və ssenari müəllifi Çingiz Rəsulzadə, Ramiz Fətəliyev, quruluşçu operator Yuri Varnovski, quruluşçu rəssam Rövşən Mehdiyev, bəstəkarı İsa Məlikov, prodüseri Tofiq Musayevdir. Filmin rollarında Qorqud Cəfərli, Yevgeniy Qəhrəmanov, Cavid Quliyev, Ağa Bədəlov, İsgəndər Ağagülov, Emil Zöhrabov, Cəminə Ağayeva, Şəlalə Quliyeva, Vahid Əliyev, Xalidə Quliyeva, Abbas Qəhrəmanov, Şahmar Qəribli, Elvira Cəfərova, Mehriban Xanlarova, Ömür Nağıyev və başqaları çıxış edirlər.
Filmdə bir qrup gənc oğlan Dənizkənarı Parkda kukla geyimlərində şəkil çəkdirməklə pul qazanırlar. Hər şey onların həyatında ilk dəfə baş verir: məhəbbət, dostluq, xəyanət. Onlar özləri dərk etdikləri kimi azad yaşamağa can atırlar, lakin bu gənclərin uşaqlıq dövrü sovet imperiyasının dağılması ilə bitir.Azadlığı əldə edərək, onlar artıq daha böyük miqyasda oynayan kuklalara çevrilirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR