Bank Of Baku

Azərbaycan Dövlət Filarmoniyasında IV Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı keçirilib

Azərbaycan Dövlət Filarmoniyasında IV Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı keçirilib
# 13 dekabr 2010 12:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımvoa – APA. Dekabrın 12-də Bakıda Azərbaycan Dövlət Filarmoniyasında IV Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı keçirilib. APA-nın məlumatına görə, festivalın ənənəvi təşkilatçıları Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Mstislav Rostropoviç Fondudur. Festivalın açılışında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestri çıxış edib. Solistlər beynəlxalq müsabiqələrin laureatları Elvin Qəniyev, Toğrul Hüseynli, Ceyla Seyidova və Mustafa Aşurov çıxış ediblər. Festival dekabrın 19-dək davam edəcək. Bu gün Rostropoviçlərin ev-muzeyində L. və M.Rostropoviçlər adına 21 saylı uşaq musiqi məktəbinin prezident təqaüdçülərinin konserti baş tutub. Axşam isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında rejissor İvan Popovskinin “Karmen” (J.Bize) operası göstəriləcək. Tamaşada Qalina Vişnevskayanın Vokal Mərkəzinin (Moskva) solistləri çıxış edəcəklər. Operanın rejissoru Yaroslav Tkalenkodur. Festival çərçivəsində dekabrın 14-də Azərbaycan Dövlət Filarmoniyasında Yuri Başmetin “Moskva solistləri” kamera ansamblı çıxış edəcək.

Xatırladaq ki, Beynəlxalq Mstislav Rostropoviç Festivalı festival ilk dəfə 2007-ci ildə Bakıda keçirilib. Tədbirin prezidenti və bədii rəhbəri maestronun qızı Olqa Mstislavovna Rostropoviç olub. Hazırda o, Rostropoviç Fonduna rəhbərlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR