Bank Of Baku

“Sahə” filmi Gürcüstanda keçirilən beynəlxalq film festivalında diploma layiq görülüb

“Sahə” filmi Gürcüstanda keçirilən beynəlxalq film festivalında diploma layiq görülüb
# 13 dekabr 2010 14:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Nərimanfilm” Kinostudiyasının istehsalı olan “Sahə” (ssenari müəllifi və quruluşçu-rejissor İlqar Safat) bədii filmi Gürcüstanın Dövlət Tear və Kino İnstitutu tərəfindən diploma layiq görülüb. “Nərimanfilm”dən APA-ya verilən məlumata görə, diplom filmə XI Tiflis Beynəlxalq Kinofestivalında iştirakına görə təqdim olunub. Festival 6-12 dekabr tarixlərində Tiflisdə baş tutub. Film XI Beynəlxalq Film Festivalının beynəlxalq müsabiqə proqramı çərçivəsində nümayiş etdirilib.

Qeyd edək ki, “Sahə” filmi Azərbaycan tərəfindən “Xarici dildə ən yaxşı film” kateqoriyasında “Oskar” mükafatına namizəd göstərilib. Film Azərbaycan və Gürcüstanın kinematoqrafçılarının müştərək istehsalıdır. Baş rolları Zaza Beyaşvili (Gürcüstan), Melissa Parel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR