Bank Of Baku

Azərbaycanda Türkiyə Filmləri Festivalının açılışı olub - FOTO

Azərbaycanda Türkiyə Filmləri Festivalının açılışı olub - <font color=red>FOTO</font>
# 13 dekabr 2010 16:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Bakıda Türkiyə Filmləri Festivalının açılışı olub. APA-nın məlumatına görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri və digər şəxslər iştirak ediblər.

Açılış mərasimində çıxış edən Türkiyə Beynəlxalq Kinematoqrafçılar Cəmiyyətinin sözçüsü Taner Yıldız bildirib ki, festival “Bəyaz mələk” filmin nümayişi ilə açılıb. Üç gün davam edəcək festivalda müxtəlif janrlarda çəkilmiş beş film nümayiş etdiriləcək: “Biz gözləyirik ki, Türkiyədə də Azərbaycan filmlərindən ibarət festival təşkil olunsun”.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Yusif Şeyxov isə Azərbaycan və Türkiyənin kino sənayesində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR