Bank Of Baku

Jerar Depardye: “Prezidentlə görüşdə qərara aldıq ki, Azərbaycanda birgə kinostudiya və gənclər üçün kino məktəbi yaradılsın”

Jerar Depardye: “Prezidentlə görüşdə qərara aldıq ki, Azərbaycanda birgə kinostudiya və gənclər üçün kino məktəbi yaradılsın”
# 13 dekabr 2010 16:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşdüm. Görüşdə Azərbaycan kinosunun hazırkı vəziyyətini müzakirə etdik”. APA-nın xəbərinə görə, bu sözləri məşhur fransız aktyoru Jerar Depardye Azərbaycan Opera və Balet Teatrında keçirilən Rostropoviç adına IV Beynəlxalq Festivalda çıxışında deyib.

Onun sözlərinə görə, görüşdə Azərbaycana vurğun olduğunu prezidentin diqqətinə çatdırıb: “Müzakirələr zamanı qərara aldıq ki, Azərbaycanda birgə kinostudiya yaradılsın. Eyni zamanda gənclər üçün kino məktəbinin yaradılmasını təklif etdim. Prezident təklifimi müsbət qarşıladı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR