Bank Of Baku

Azərbaycanda Yunanıstanın tarixi Marafon döyüşünün 2500 illiyinə həsr olunmuş sərginin açılışı olub - FOTOSESSİYA

Azərbaycanda Yunanıstanın tarixi Marafon döyüşünün 2500 illiyinə həsr olunmuş sərginin açılışı olub - <font color=red>FOTOSESSİYA</font>
# 13 dekabr 2010 17:05 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Bu gün Bakıda Yunanıstanın tarixi Marafon döyüşünün 2500 illiyinə həsr olunmuş sərginin açılışı olub. APA məlumatına görə, sərgi Yunanıstanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

Açılış mərasimində Yunanıstanın Azərbaycandakı səfiri İoanis Metaksas çıxış edərək bildirib ki, Marafon döyüşü, eləcə də 10 il sonra - eramızdan əvvəl 480-ci ildə baş vermiş Salamis dəniz döyüşü qədim yunan tarixinin iki mühüm təməl daşıdır: “Bu tarix afinalı, spartalı, eləcə də bütün yunanlara azad yaşamağa davam etməyə imkan verib. Bu iki döyüş məğlubiyyətə düçar olsaydı, qədim yunan tarixinin gedişatı təmamilə fərqli olardı, qədim yunan sivilizasiyası bu gün bizə təqdim olunan şəkildə mövcud olmazdı”.

Qeyd edək ki, açılış mərasimində Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR