Bank Of Baku

Jerar Depardye IV Beynəlxalq Rostropoviç Festivalı çərçivəsində “Karmen” əsərindən bir parça oxuyub - FOTOSESSİYA

Jerar Depardye IV Beynəlxalq Rostropoviç Festivalı çərçivəsində “Karmen” əsərindən bir parça oxuyub - <font color=red>FOTOSESSİYA</font>
# 13 dekabr 2010 17:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Azərbaycan Opera və Balet Teatrında ötən IV Beynəlxalq Mstislav Rostropoviç Festivalı çərçivəsində məşhur fransız aktyoru Jerar Depardye çıxış edib.

APA-nın xəbərinə görə, aktyor Prosper Merininin “Karmen” əsərini oxuyub. 10 dəqiqəlik çıxış Azərbaycan tamaşaçıları tərəfindən anşlaqla qarşılanıb. J.Depardye Azərbaycandaona göstərilən diqqətdən razılığını dilə gətirib.

Daha sonra J.Bizenin “Karmen” operası nümayiş etdirilib. Tamaşada Qalina Viuşnevskayanın tələbələri və Rusiya Dövlət Akademik Böyük Teatrının solisti Elçin Əzizov (Eskamilio) çıxış ediblər.

Xatırladaq ki, Beynəlxalq Mstislav Rostropoviç Festivalı festival ilk dəfə 2007-ci ildə Bakıda keçirilib. Tədbirin prezidenti və bədii rəhbəri maestronun qızı Olqa Mstislavovna Rostropoviç olub. Hazırda o, Rostropoviç Fonduna rəhbərlik edir. IV Beynəlxalq Mstislav Rostropoviç Festivalı dekabrın 19-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR