Bank Of Baku

Bu gün Rəşid Behbudovun anadan olmasının 95 ili tamam olur

Bu gün Rəşid Behbudovun anadan olmasının 95 ili tamam olur
# 14 dekabr 2010 13:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dekabrın 14-də Azərbaycan musiqi tarixinin önəmli simalarından biri, mərhum müğənni Rəşid Behbudovun doğum günüdür. APA-nın məlumatına görə, anadan olmasının 95 ilinin tamam olması ilə əlaqədar sənətkarın məzarı ziyarət olunub. Rəşid Behbudovun qızı Rəşidə Rəşid, həyat yoldaşı Ceyran Behbudova, Kamil Şahverdiyev, onun adını daşıyan Dövlət Mahnı Teatrının rəhbərliyi və kollektivi, eləcə də bir sıra tanınmış mədəniyyət xadimləri R. Behbudovun qəbirüstü abidəsi önünə gül dəstələri qoyublar.

Rəşidə Behbudova bildirib ki, Rəşid Behbudov heç zaman təmtəraqlı ad günləri keçirməyi sevməzdi: “Atam heç zaman bu günü xüsusi qeyd etməzdi. Onsuz yaşadığımız 21 il bizim hər birimiz üçün çox çətin olub. İstərdik ki, 95 illik yubileyi təmtəraqla qeyd olunsun. Ancaq Mahnı Teatrı hazırda təmirdə olduğundan bu gün yubiley keçirilməyəcək. Ancaq təmir başa çatdıqdan sonra bu yubiley tədbiri həyata keçiriləcək”.

Qeyd edək ki, Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflis şəhərində xanəndə Məcid Behbudalıoğlunun ailəsində dünyaya gəlib. 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri kimi çalışıb. SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı adları ilə təltif olunan sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR