Bank Of Baku

Xalq artisti İlham Əsgərovun müalicəsi davam edir

Xalq artisti İlham Əsgərovun müalicəsi davam edir
# 14 dekabr 2010 15:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 4-də beyin insultu diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru İlham Əsgərova hələ də ayağa durmağa icazə verilmir. Bunu APA-ya açıqlamasında İlham Əsgərovun həyat yoldaşı Yeganə Əsgərova deyib: “Müalicə yataq şəraitində davam edir. Hələ də danışmağa, ayağa durmağa, gəzməyə, oturmağa icazə verilmir. Ona sakitlik lazımdır. Ancaq mənimlə danışır, gəldiyi günə nisbətən daha yaxşıdır”. Y. Əsgərovanın sözlərinə görə, həkimlər İlham Əsgərovun 12 gün müddətində yataq şəraitində müalicə olunacağını deyiblər: “Bu gün artıq 11-ci gündür ki, o yataq şəraitindədir. Sabahı səbirsizliklə gözləyirik. Amma evə nə zaman buraxılacağı hələ dəqiqləşməyib”.

Qeyd edək ki, dekabrın 4-də axşam saatlarında İlham Əsgərovun vəziyyəti pisləşib və Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Hazırda aktyor beyin insultu diaqnozundan müalicə olunur. 52 yaşlı xalq artisti uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR