Bank Of Baku

Vaqif Mustafazadənin vəfatının ildönümü ilə əlaqədar tədbir keçirilib

Vaqif Mustafazadənin vəfatının ildönümü ilə əlaqədar tədbir keçirilib
# 16 dekabr 2010 12:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün dünya şöhrətli azərbaycanlı cazmen Vaqif Mustafazadənin vəfatının 31-ci ildönümüdür. APA-nın məlumatına görə, bu münasibətlə Vaqif Mustafazadənin Ev muzeyinin əməkdaşları, musiqiçini ailə üzvləri, tanınmış mədəniyyət və incəsənət ustaları onun məzarını ziyarət ediblər.
Daha sonra Vaqif Mustafazadənin adını daşıyan Ev muzeyində görkəmli musiqiçinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Vaqif Mustafazadə fondunun və muzeyin direktoru Afaq Əliyeva cazmenin həyat və yaradıcılığından söz açıb, onun Azərbaycan musiqi sənətindəki müstəsna xidmətlərindən danışıb.

Muzeydə bu gün açıq qapı elan olunub və ehsan verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR