Bank Of Baku

Xalq artisti İlham Əsgərov Daxili İşlər Nazirliyinin hospitalına köçürülüb

Xalq artisti İlham Əsgərov Daxili İşlər Nazirliyinin hospitalına köçürülüb
# 16 dekabr 2010 14:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “İlham ancaq işi haqqında düşünür. Səhnə üçün darıxır, uzanmağa səbri qalmayıb. Radioda aparıcılıq etdiyi “Bulaq” verilişini fikirləşir, deyir nə yaxşı ki, bu həftəlik hazırlamışdım. Gələn həftə isə ayağa durub işə getmək istəyir, ancaq həkimlər hələ də ayağa durmağa icazə vermirlər. Ev üçün də çox darıxdığını deyir”. Bu açıqlamanı APA-ya dekabrın 4-də beyin insultu diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru İlham Əsgərovun həyat yoldaşı Yeganə Əsgərova deyib. Onun sözlərinə görə, ötən gün Mərkəzi Klinik Xəstəxanada müaəlicəsinin 12 günü tamam olub və onlar aktyoru Daxili İşlər Nazirliyinin Hospitalına köçürmək qərarına gəliblər: “Öz istəyimiz və qərarımızla dünən İlhamı bu hospitala köçürdük. Heç bir irəliləyiş yoxdur, yenə də həmin qadağalar var. Ancaq uzanır və onu yatızdırırlar. Müalicəsi eynilə davam edir. Elə burada da eyni müalicə aparılır”. Y. Əsgərova deyib ki, aktyorun Daxili İşlər Nazirliyinin Hospitalında necə gün qalacağı hələlik məlum deyil.

Qeyd edək ki, dekabrın 4-də axşam saatlarında İlham Əsgərovun vəziyyəti pisləşib və Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Hazırda aktyor beyin insultu diaqnozu ilə müalicə olunur. 52 yaşlı xalq artisti uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR