Bank Of Baku

Səyavuş Aslanın səhhəti normallaşıb

Səyavuş Aslanın səhhəti normallaşıb
# 16 dekabr 2010 15:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Beyin qan dövranının kəskin pozulması diaqnozu ilə Xüsusi Müalicə Sağlamlıq Kompleksində müalicə olunan Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Akadmeik Milli Dram Teatrının aktyoru Siyavuş Aslanın səhhəti normallaşıb. Bu barədə APA-ya açıqlamasında aktyorun oğlu Eldar Aslan deyib: “Bir az bundan əvvəl onun yanında idim. Səhhətindəki problemlər yavaş-yavaş aradan qalxır. Təzyiqlə əlaqədar problemləri mövcuddur və bu baxımdan da müaəlicəyə ehtiyacı oldu. Həkimlər məsləhət gördülər ki, 10 gün müddətində xəstəxana şəraitində müalicə olunsun. Şükür olsun ki hər şey normaldır, gəzir, danışır, gülür”. E. Aslan deyib ki, aktyorun bir həftədən sonra evə buraxılması nəzərdə tutulur. Aktyorun oğlu Siyavuş Aslanın işləməyinə qadağa qoyulmadığını deyib.

Qeyd edək ki, xalq artisti Siyavuş Aslan dekabrın 11-də beyin qan dövranının kəskin pozulması diaqnozu ilə Xüsusi Müalicə Sağlamlıq Kompleksinə yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR