Bank Of Baku

Türkiyədə konsert zamanı tarzən Humay Qədimovanın tarının sarı simi qırılıb – FOTOSESSİYA

Türkiyədə konsert zamanı tarzən Humay Qədimovanın tarının sarı simi qırılıb – <font color=red>FOTOSESSİYA  </font>
# 17 dekabr 2010 09:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyənin meqa-starı Tarkanı, Rafet El Romanı, Sərdar Ortac və Alişanı müxtəlif konsertlərdə müşayiət edən tarzən Humay Qədimovanın rəhbərlik etdiyi “Humay” qızlar ansamblı İstanbulda konsert veriblər. Səfərdən çox xoş təəssüartlarla qayıdan tarzən Humay Qədimova APA-ya bu konsert layihəsinə Azərbaycandan başladığını deyib: “Sonra düşündük ki, bu cür konsert layihəsi ilə artıq Avropaya çıxmaq vaxtıdır və turumuza Türkiyədən başladıq. Azərbaycan və Türkiyə qardaş ölkə olduqlarına görə bu layihəyə Türkiyədən start verdik. Konsertimiz İstanbulun çox məşhur “Tim Moslak Show Center”də baş tutdu. Həmin məkanda bir neçə il əvvəl bizim xalq artistimiz, sənəti ilə dünyaya səs salan Zeynəb Xanlarova konsert vermişdi, eyni zamanda həmin səhnədə Türkiyənin çoxsaylı müğənniləri konsertlər təşkil edirlər”.

H.Qədimova bildirib ki, bu konsert üçün Bakıdan 22 nəfərlik heyət Türkiyəyə səfər edib. Konsertdə ifaçılar azərbaycanlı xanəndə Elnarə Abdullayeva və türkiyəli müğənni Kibariyəni də müşayiət ediblər. Bu konsertlə bağlı Türkiyənin “Tatlısəs” televiziyasında verilişlərə dəvət edildiyini deyən H. Qədimova, konsertlə bağlı anonsların “Kral” televiziyasında getdiyini vurğualyıb. İfaçı konsert zamanı xoşagəlməz bir texniki problemlə də üzləşib. Belə ki, konsertin başlanğıcında Humay Qədimovanın tarının sarı siminin qırılması bütün ansamblı şoka salıb, amma gənc musiqiçi özünü itirməyib: “Bakı konsertindən fərqli olaraq, Türkiyədəki konsertimizdə nə aparıcı vardı, nə də çoxsaylı müğənnilər. Fasilə söhbəti də olmadı. Saat yarımlıq konsert oldu, ancaq konsert boyu bir dəqiqə belə vaxtım olmadı ki, tarımın qırılan simini dəyişim. Bütün konsert boyu həmin qırılan simlə çaldım”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR