Bank Of Baku

Gənc aşıqların 5-ci ümumrespublika müsabiqəsi başa çatıb

Gənc aşıqların 5-ci ümumrespublika müsabiqəsi başa çatıb
# 17 dekabr 2010 13:21 (UTC +04:00)
Ağstafa. Ayxan Hüseynov - APA. Ağstafada Aşıq Şəmşirin xatirəsinə həsr olunmuş 5-ci ümumrespublika müsabiqəsi başa çatıb. Ağstafa rayon Mədəniyyət və Turizm Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqəyə respublikanın müxtəlif rayonlarından 80-ə yaxın iştirakçı qatılıb. Müsabiqədə ilk olaraq seçim turları keçirilib. Növbəti mərhələyə keçənlər yekun konsertdə iştirak ediblər. Müsabiqənin yekununda münsiflər heyəti 6 qalibi diplom və hədiyyələrlə təltif edib. Birinci yeri Ağstafa rayonundan olan gənc aşıq Əfsanə Kərimli tutub. Sonrakı yerləri Gədəbəy və Qazax rayonlarından olan aşıqlar qazanıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR