Bank Of Baku

Rəşid Behbudovun anadan olmasının 95 illiyinə həsr olunmuş konfrans keçiriləcək

Rəşid Behbudovun anadan olmasının 95 illiyinə həsr olunmuş konfrans keçiriləcək
# 17 dekabr 2010 15:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dünya şöhrətli müğənni, Azərbaycan və SSRİ-nin xalq artisti Rəşid Behbudovun anadan olmasının 95 illiyinə həsr olunmuş “Rəşid Behbudov və Azərbaycan bəstəkarları” mövzusunda konfrans keçiriləcək. Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə musiqişünas Kamil Şahverdiyev “Azərbaycan musiqisində Rəşid Behbudov fenomeni”, professor İmruz Əfəndiyevan “Bəstəkar yaradıcılığının Rəşid Behbudov sənətində təcəssümü”, Məryəm Babayeva “Rəşid Behbudov və Tofiq Quliyev: mükəmməl ifaçı və bəstəkar tandemi işığında” mövzusunda məruzə edəcəklər. Sənətkarın qızı, əməkdar artist Rəşidə Rəşid atasının həyatnın maraqlı məqamlarından söhbət açacaq. Tədbir dekabrın 20-də Azərbaycan Bəstəkarlar İtifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR