Bank Of Baku

“Eurovision-2011” müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyənləşməsi üçün keçirilən seçimlərin beşinci həftəsinin qalibi Aynişan Quliyeva olub - FOTO

“Eurovision-2011” müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyənləşməsi üçün keçirilən seçimlərin beşinci həftəsinin qalibi Aynişan Quliyeva olub - <font color=red>FOTO</font>
# 17 dekabr 2010 22:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Gələn ilin mayında Almaniyanın Düsseldorf şəhərində baş tutacaq “Eurovision-2011” yarışmasında Azərbaycanı təmsil edəcək şəxsin müəyyənləşməsi üçün keçirilən seçimlərin yarımfinal mərhələsinin beşinci həftəsinin qalibi Aynişan Quliyeva olub. APA-nın məlumatına görə, beşinci həftənin qalibi də ənənəvi olaraq 50% münsiflər heyətinin, 50% isə tamaşaçı səsverməsinə görə seçilib. Milli seçimlərin dördüncü yarımfinal həftəsində 2-ci yerdə Emin Nəsirli, 3-cü yerdə Cəmilə Həşimova, 4-cü yerdə Rövşən Civişov, 5-ci yerdə Orxan İsrafilov, 6-cı yerdə Altun Zeynalov, 7-ci yerdə Gülnar Nəbi-Çingiz, 8-ci yerdə “Empathy” qrupu, 9-cu yerdə Elmar Əsəgərov, 10-cu yerdə Canana Zeynalova, 11-ci yerdə isə Dinara Cəfərova qərarlaşıb.

Həftənin son günü qonaq qismində “Eurovision-2010” müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçimlərdə iştirak edən Almaniyada yaşayan müğənni Elli də iki mahnı ilə çıxış edib. 19 yaşlı Aynişan Quliyeva tamaşaçı və münsiflər heyətindən ən çox səs toplayaraq Azərbaycanı mötəbər “Eurovision” yarışmasında təmsil etməyə bir addım da yaxınlaşıb. Beşinci yarımfinal həftəsinin son günü canlı yayımda xoşagəlməz hadisə də yaşanıb. Belə ki, Aynişan Quliyevanın bu həftənin qalibi olduğu açıqlandıqdan sonra gənc müğənninin yenidən finalçı kimi ifa etdiyi mahnı zamanı onu rəqsləri ilə müşayiət edən rəqqasələrdən biri yıxılıb. Rəqqasə mahnının əvvəlində çox pis şəkildə səhnədən aşağı düşüb və ağrıdan bir daha səhnəyə qalxa bilməyib. Rəqqasənin ciddi xəsarət alıb-almamasını araşdırmaq üçün Aybəniz Haşımova onu xəstəxanaya müayinəyə aparıb.

Qeyd edək ki, yarımfinal mərhələsi bundan sonra 2 həftə də davam edəcək. Hər həftə 11 namizəd öz istedadlarını nümayiş etdirəcək və səsvermə yolu ilə 1-i finala keçəcək. Azərbaycanın “Eurovision-2011” müsabiqəsindəki təmsilçisi finala vəsiqə qazanan ifaçılar arasından seçiləcək. Çingiz Mustafayev, Nurlan Növrəsli, Günay İbrahimli, Arzum Xəlilova, Nikola Barklay və Aynişan Quliyeva artıq finala vəsiqə qazanan ifaçılardandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR