Bank Of Baku

Aygün Kazımovanın qızı gələn həftə “Eurovision-2011” müsabiqəsində Azərbaycanı təmsil etmək uğrunda yarışacaq

Aygün Kazımovanın qızı gələn həftə “Eurovision-2011” müsabiqəsində Azərbaycanı təmsil etmək uğrunda yarışacaq
# 17 dekabr 2010 22:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision -2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyənləşməsi üçün keçirilən milli seçimlərin yarımfinal mərhələsinin altıncı həftəsində çıxış edəcək 11 namizədin adı açıqlanıb. APA-nın itv.az saytına istinadən yaydığı xəbərə görə, dekabrın 20-dən etibarən İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) canlı efirində bu beynəlxalq müsabiqədə Azərbaycanı təmsil etmək arzusunda olan 11 iştirakçı öz istedadını nümayiş etdirəcək. Gələn həftənin bazar ertəsindən etibarən İlqarə İbrahimova, Eldar Qasımov, Seyran Əismayılxanov, Leyla İdrisova, Samirə Babayeva, Rüstəm Əlləzov, Ruslan Meşədiyev, Elyanə Əhmədova, Fuad Mustafadazə, Sərxan Məmmədov və Diana Hacıyeva münsiflər heyəti və tamaşaçılar qarşısında çıxış edəcək. Dekabrın 24-də, yəni gələn həftənin cümə günü 11 namizəd arasından ən çox səs toplayanı finala vəsiqə qazanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR