Bank Of Baku

Qəbələ I Beynəlxalq Rəsm Sərgisinin açılışı olub-FOTO

Qəbələ I Beynəlxalq Rəsm Sərgisinin açılışı olub-<font color=red>FOTO</font>
# 19 dekabr 2010 18:57 (UTC +04:00)
APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ şəhərindəki “ Qafqaz Riverside” otelində keçirilən mərasimdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, SEBA-nın sədri Ruhangiz Heydərova, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Firidun Qurbanov, Koreyanın Azərbaycandakı səfiri Li Çi-Han çıxış edərək, sərginin əhəmiyyətindən danışıblar. Natiqlər bu sərginin Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondu tərəfindən mədəniyyətimizin genişmiqyaslı təbliği ilə bağlı görülən işlərin davamı olduğunu bildiriblər.

Çıxışlarda bu beynəlxalq sərginin mədəniyyətlərarası dialoqun tərkib hissəsi olduğu qeyd olunub, tədbirin ənənəvi olaraq keçirilməsi arzulanıb.

Mərasimdə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun (AMF) prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın sərgi iştirakçılarına ünvanlanan təbrik məktubu oxunub.

İki gün davam edəcək sərgidə 14 ölkədən-Azərbaycan, Almaniya, Avstraliya, ABŞ, Türkiyə, Böyük Britaniya, Braziliya, Fransa, Gürcüstan, İtaliya, Koreya, Latviya, Polşa və Rusiyadan iştirak edən 81 rəssamın 150-dən çox əsəri nümayiş olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR