Bank Of Baku

Budapeştdə Tahir Salahovun əsərlərindən ibarət divar təqvimi nəşr olunub - FOTO

Budapeştdə Tahir Salahovun əsərlərindən ibarət divar təqvimi nəşr olunub - <font color=red>FOTO</font>
# 20 dekabr 2010 10:52 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Macarıstandakı Səfirliyi və Macar–Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşəbbüsü ilə Budapeştdə dünya şöhrətli Azərbaycan boyakarı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Azərbaycanın və Rusiyanın xalq rəssamı Tahir Salahovun əsərlərindən ibarət divar təqvimi nəşr olunub. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, təqvimə rəssamın Abşeron lövhələri, dəniz mövzusunda çəkdiyi tablolar, portretlər qalereyasından nümunələr və “Əbədi od” triptixi daxildir. Burada eyni zamanda Tahir Salahovun portreti və yaradıcılığı haqqında qısa məlumat verilib. Azərbaycan incəsənətinin təbliği məqsədini güdən divar təqvimi Budapeştdə akkreditasiya olunmuş səfirliklərə, Macarıstanın dövlət idarələrinə və ictimai təşkilatlarına, media qurumlarına göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR