Bank Of Baku

Vaqif İbrahimoğlu yanvarın sonunadək Türkiyədə müalicə olunacaq

Vaqif İbrahimoğlu yanvarın sonunadək Türkiyədə müalicə olunacaq
# 20 dekabr 2010 11:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dövlət Yuğ Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun Ankara Qazi Universitetində müalicəsi davam etdirilir. Bununla bağlı APA-ya Türkiyədə Vaqif İbrahimoğlunun yanında olan teatrşünas Məryəm Əlizadə məlumat verib. O bildirib ki, artıq 4 gündür ki, Vaqif İbrahimoğlunun müalciəsinə başlanılıb və artıq müsbət nəticələr əldə olunur: “Burada Vaqifə çox yaxşı baxırlar. Onun həkimi professor, həkim Uğur Çoşğundan çox razıyıq. Ümumiyyətlə, burada hamı Vaqiflə maraqlanır və onun müalciəsinə səfərbər olublar. Eyni zamanda Türkiyədə yaşayan həmvətənlərimiz, Ankara və İstanbulda olan sənətçilər, səfirliyimiz mütəmadi olaraq Vaqifin səhhəti ilə maraqlanırlar. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov zəng edib və maraqlanıblar”.

M. Əlizadə bildirib ki, Vaqif İbrahimoğlu özünü yaxşı hiss edir və zarafatlarından qalmır: “İstəyəndə kitab oxuyur. Burada da mütaliəsindən qalmır. Özünü yaxşı hiss edir, danışır, zarafat edir. Yəni narahatçılığa səbəb yoxdur”. Vaqif İbrahimoğlunun Türkiyədə müalicəsinin yanvarın sonunadək davam edəcəyi gözlənilir. M. Əlizadə bildirib ki, Vaqif İbrahimoğluyla birgə yanvarın sonunda, müaəlicə bidikdən sonra Bakıya gələcəklər.

Xatırladaq ki, əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu bu ilin sentyabr ayında Bakıda müayinə və müalicə kursları keçib. Ancaq bir nəticə olmadığından yaxınları onu noyabrın 26-da Türkiyəyə aparıblar. Ağciyərində problem yaranan rejissor Ankaradakı Qazi Universitetinin xəstəxanasında müalicə olunur. Rejissorun müalicə xərcinin bir hissəsini Mədəniyyət və Turizm Nazirliyi, bir hissəsini isə dostları ödəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR