Bank Of Baku

Rusiya səfiri Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivini təbrik edib

Rusiya səfiri Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivini təbrik edib
# 21 dekabr 2010 08:42 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivini teatrın 90 illiyi ilə bağlı təbrik edib.
APA-nın məlumatına görə, təbrikdə deyilir: “Rus Dram Teatrının çoxillik yaradıcılığı və ona Azərbaycan ictimaiyyəti tərəfindən tələbatın olması bu ölkədə rus mədəniyyətinə böyük marağın olduğunun parlaq nümunəsidir. Bu marağın qorunması iki ölkə xalqlarının mənəvi zənginləşməsi istiqamətində Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsi faktorlarından biridir.
Bu teatrın səhnəsində yaranan tamaşalar yalnız Azərbaycan tamaşaçısını sevindirməyib, həm də rus teatr sənətini zənginləşdirib. Sizin işinizi professionallıq və yüksək stil kimi xarakterizə etmək olar. Siz bütün dünya üzrə rusdilli teatrlar üçün nümunəsiz».
Səfir zəngin rus teatr məktəbinin davamçısı olan Rus Dram Teatrın kollektivinə yeni yaradıcılıq uğurları və firavanlıq arzu edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR