Bank Of Baku

Azərbaycan filmi beynəlxalq festivalın “Rejissor işinə görə” mükafatına layiq görülüb

Azərbaycan filmi beynəlxalq festivalın “Rejissor işinə görə” mükafatına layiq görülüb
# 22 dekabr 2010 14:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rusiyanın Volokalanskiy şəhərində keçirilən Serqey Bondarçuk adına VII Volokalansnskiy Rubej Beynəlxalq Kino Festivalı başa çatıb.
Festivalda Azərbaycanı “Salnamə” studiyasının və “Lennauçfilm” kinostudiyasının birgə istehsalı olan “Qafqaz qartalının uçuşu” sənədli filmi təmsil edib. “Salnamə” studiyasından APA-ya verilən məlumata görə, “Qafqaz qartalının uçuşu” festivalın “Rejissor işinə görə” mükafatına layiq görülüb. Qran-prini isə Aleksey Uçitelin “Kray” filmi qazanıb.

Qeyd edək ki, II Dünya Müharibəsinin qəhrəmanlarından olan hərbi pilot Hüseynbala Əliyevə həsr olunan “Qafqaz qartalının uçuşu” sənədli filminin rejissoru Tahir Əliyev, ssenari müəllifi Valentina Qurkalenko, operatoru Maksim Konovalçuk və Elxan Rüstəmovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR