Bank Of Baku

Alla Puqaçovanın üzərində cərrahiyyə əməliyyatı aparılıb

Alla Puqaçovanın üzərində cərrahiyyə əməliyyatı aparılıb
# 23 dekabr 2010 07:44 (UTC +04:00)
Bakı-APA. Məşhur müğənni Alla Puqaçovanın ürəyində cərrahiyyə əməliyyatı aparılıb. APA-nın məlumatına görə, ürək nahiyəsində qəfil ağrılar başlayan 61 yaşlı müğənni həkimə müraciət edib. Müğənnidə ateroskleroz əlamətləri müşahidə edən həkimlər konsiliumdan sonra müğənninin ürəyində təcili əməliyyat aparmağa qərar veriblər. Əməliyyat zamanı ürək damarlarının sıradan çıxmış hissəsinə dörd stent yerləşdirilib. Cərrahiyyə əməliyyatı 1 saat 40 dəqiqə davam edib. Xatırladaq ki, Alla Puqaçova bir neçə il əvvəl də ürəyindən əməliyyat olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR