Bank Of Baku

Azərbaycandakı əcnəbi diplomatların övladları arasında “Azərbaycan haqqında nə bilirəm” mövzusunda keçirilmiş müsabiqənin qalibləri məlum olub

Azərbaycandakı əcnəbi diplomatların övladları arasında “Azərbaycan haqqında nə bilirəm” mövzusunda keçirilmiş müsabiqənin qalibləri məlum olub
# 24 dekabr 2010 11:30 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” Rəsm Qalereyasında Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun əməkdaşlarının uşaqları arasında “Azərbaycan haqqında nə bilirəm” mövzusunda keçirilmiş birinci respublika müsabiqəsinin yekununa dair mərasim keşirilib. APA-nın məlumatına görə, müsabiqə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşlarının övladlarında Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti haqqında daha dolğun təsəvvür yaratmaq üçün 4 nominasiyada (inşa, şeir, rəsm və rəqs) keçirilib.

Mərasimdə Azərbaycanın təhsil naziri Misir Mərdanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev içtirak ediblər. Onlar müsabiqədə qalib gələn uşaqlara sertifikatlar və hədiyyələr veriblər.

Qeyd edək ki, müsabiqə Azərbaycan Xarici İşlər Nazirliyinin təşəbbüsü, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR