Bank Of Baku

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə İbrahimova tamaşaçı, Eldar Qasımov isə münsiflərin səs çoxluğu ilə finala vəsiqə qazanıb - FOTOSESSİYA

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə İbrahimova tamaşaçı, Eldar Qasımov isə münsiflərin səs çoxluğu ilə finala vəsiqə qazanıb - <font color=red>FOTOSESSİYA</font>
# 24 dekabr 2010 20:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Gələn ilin mayında Almaniyanın Düsseldorf şəhərində baş tutacaq “Eurovision-2011” yarışmasında Azərbaycanı təmsil edəcək şəxsin müəyyənləşməsi üçün keçirilən seçimlərin yarımfinal mərhələsinin altıncı həftəsində iki namizəd finala vəsiqə qazanıb. APA-nın məlumatına görə, altıncı həftədən milli finala tamaşaçıdan ən çox səs toplayan xalq artisti Aygün Kazımovanın qızı İlqarə İbrahimova və münsiflərin ən çox səs verdiyi Eldar Qasımov vəsiqə qazanıb. İlqarə İbrahimova yarımfinalın altı həftəsi ərzində tamaşaçılardan ən çox səs alan (27 mindən artıq) ifaçı olub. Səsverməyə görə, bu həftənin 1-ci yerində İlqarə İbrahimova, 2-ci yerində Eldar Qasımov, 3-cü yerində Elyanə Əhmədova, 4-cü yerində Diana Hacıyeva, 5-ci yerində Rüstəm Əlləzov, 6-cı yerində Seyran İsmayılxanov, 7-ci yerində Leyla İdrisova, 8-ci yerində Sultan Məşədiyev, 9-cu yerində Sərxan Məmmədov və 10-cu yerində Fuad Mustafazadə qərarlaşıb.

Altıncı həftənin son gününün aparıcılığını edən Leyla Quliyeva qeyd edib ki, milli seçimlərin səsverməsi Avropa Yayımları Birliyinin (EBU) qanunlarına uyğun olaraq həyata keçirilir. Aparıcının sözlərinə görə, yarımfinal həftəsində növbəti sevindirici hadisə baş verib ki, bu da bu həftədən iki namizədin finala vəsiqə qazanmasıdır.

Qeyd edək ki, gələn həftə artıq “Eurovision-2011” müsabiqəsi ilə bağlı keçirilən milli seçimlərin yarımfinal mərhələsi başa çatacaq. Azərbaycanın “Eurovision-2011” təmsilçisinin seçilməsi məqsədi ilə həyata keçirilən milli seçimlərin finalında çıxış edəcək artıq 8 namizədin kimliyi məlumdur. Milli seçimlərdə hər həftə bir ifaçının finala keçməsi nəzərdə tutulsa da, sonradan iki ifaçı münsiflərin rəyinə əsasən finala keçirilib. Finala vəsiqə qazanan 8 namizəd - Çingiz Mustafayev, Nurlan Növrəsli, Günay İbrahimli, Nikola Barklay, Arzum Xəlilova, Aynişan Quliyeva, İlqarə İbrahimova və Eldar Qasımovdur. Azərbaycanın bu müsabiqədə təmsilçisinin kimliyi 2011-ci ilin fevralında müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR